وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ ﴿9﴾
فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً ﴿10﴾
إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ ﴿11﴾
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ ﴿12﴾
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٰحِدَةٌ ﴿13﴾
وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً ﴿14﴾
فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿15﴾
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ ﴿16﴾
وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ ﴿17﴾
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ ﴿18﴾
فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ ﴿19﴾
إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ ﴿20﴾
فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ ﴿21﴾
فِى جَنَّةٍ عَالِيَةٍ ﴿22﴾
قُطُوفُهَا دَانِيَةٌ ﴿23﴾
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ ﴿24﴾
وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ ﴿25﴾
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ﴿26﴾
يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ ﴿27﴾
مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ ﴿28﴾
هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ ﴿29﴾
خُذُوهُ فَغُلُّوهُ ﴿30﴾
ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ ﴿31﴾
ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ ﴿32﴾
إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ ﴿33﴾
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿34﴾
فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ ﴿35﴾
Əlixan Musayev
69:9 Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
69:10 Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
69:11 Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
69:12 Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
69:13 Sur bircə dəfə üfürüləcəyi,
69:14 yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
69:15 həmin gün Vaqiə qopacaq.
69:16 Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
69:17 Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
69:18 O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
69:19 Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
69:20 Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
69:21 O, xoşbəxt həyat sürəcəkdir –
69:22 uca bir Cənnətdə –
69:23 elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
69:24 Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir
69:25 Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
69:26 Hesabımdan da xəbərim olmayaydı!
69:27 Kaş ilk ölümüm həmişəlik olaydı!
69:28 Var-dövlətim məni əzabdan qurtarmadı.
69:29 Hökmranlığım da məhv olub getdi”.
69:30 Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
69:31 Sonra da Cəhənnəmə atın!
69:32 Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
69:33 Çünki o, Böyük Allaha iman gətirmirdi,
69:34 və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
69:35 Bu gün burada onun üçün bir dost tapılmaz.