خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ ﴿43﴾
فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ ﴿44﴾
وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ ﴿45﴾
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ ﴿46﴾
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿47﴾
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ ﴿48﴾
لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ ﴿49﴾
فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿50﴾
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ ﴿51﴾
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ ﴿52﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱلْحَآقَّةُ ﴿1﴾
مَا ٱلْحَآقَّةُ ﴿2﴾
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ﴿3﴾
كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ﴿4﴾
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ﴿5﴾
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ ﴿6﴾
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ ﴿7﴾
فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ ﴿8﴾
Əlixan Musayev
68:43 onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
68:44 Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
68:45 Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
68:46 Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
68:47 Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
68:48 Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
68:49 Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
68:50 Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
68:51 Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər.
68:52 Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.
69:1 Haqq olan Qiyamət!
69:2 Nədir haqq olan Qiyamət?
69:3 Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
69:4 Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
69:5 Səmud tayfası qorxunc bir səslə məhv edildi.
69:6 Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
69:7 Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
69:8 Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?