فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ ﴿27﴾
قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ ﴿28﴾
قُلْ هُوَ ٱلرَّحْمَـٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَـٰلٍ مُّبِينٍ ﴿29﴾
قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ ﴿30﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ ﴿1﴾
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ ﴿2﴾
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ ﴿3﴾
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ ﴿4﴾
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ ﴿5﴾
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ ﴿6﴾
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿7﴾
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ ﴿8﴾
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ ﴿9﴾
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ ﴿10﴾
هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ ﴿11﴾
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ ﴿12﴾
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ ﴿13﴾
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ ﴿14﴾
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿15﴾
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ ﴿16﴾
Əlixan Musayev
67:27 Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!”– deyiləcəkdir.
67:28 De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
67:29 De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz.
67:30 De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”
68:1 Nun. And olsun qələmə və qələmə alınanlara!
68:2 Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
68:3 Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
68:4 Həqiqətən də, sən böyük əxlaq sahibisən!
68:5 Sən də görəcəksən, onlar da –
68:6 hansınızın dəli olduğunu.
68:7 Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
68:8 Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
68:9 Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
68:10 İtaət etmə hər tez-tez and içənə, alçağa,
68:11 qeybət edənə, dedi-qodu yayana,
68:12 xeyrə mane olana, həddi aşana, günahkara,
68:13 daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
68:14 o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
68:15 Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.
68:16 Biz onun burnuna damğa vuracağıq.