إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ ﴿77﴾
فِى كِتَـٰبٍ مَّكْنُونٍ ﴿78﴾
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ ﴿79﴾
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿80﴾
أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ﴿81﴾
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ ﴿82﴾
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ ﴿83﴾
وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ ﴿84﴾
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ ﴿85﴾
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ﴿86﴾
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿87﴾
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ﴿88﴾
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ ﴿89﴾
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿90﴾
فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿91﴾
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ﴿92﴾
فَنُزُلٌ مِّنْ حَمِيمٍ ﴿93﴾
وَتَصْلِيَةُ جَحِيمٍ ﴿94﴾
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ ﴿95﴾
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿96﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿1﴾
لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿2﴾
هُوَ ٱلْأَوَّلُ وَٱلْـَٔاخِرُ وَٱلظَّـٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿3﴾
Əlixan Musayev
56:77 Həqiqətən, bu, ehtirama layiq Qurandır,
56:78 qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
56:79 Ona yalnız pak olanlar toxunur.
56:80 O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
56:81 Siz bu kəlamı yalan sayırsınız?
56:82 Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
56:83 Can boğaza yetişdiyi zaman –
56:84 həmin an siz can verən adama baxırsınız.
56:85 Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
56:86 Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
56:87 və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
56:88 Amma əgər o, Allaha yaxın olanlardandırsa,
56:89 onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
56:90 Əgər o, sağ tərəf sahiblərindəndirsə,
56:91 ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir.
56:92 Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
56:93 onun ziyafəti qaynar su olacaq,
56:94 özü də Cəhənnəmdə yanacaqdır.
56:95 Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
56:96 Elə isə Ulu Rəbbinin adına təriflər de!
57:1 Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
57:2 Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.
57:3 Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.