ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ ﴿51﴾
لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ ﴿52﴾
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿53﴾
فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ ﴿54﴾
فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ ﴿55﴾
هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ ﴿56﴾
نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ﴿57﴾
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ ﴿58﴾
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ ﴿59﴾
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿60﴾
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ ﴿61﴾
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ﴿62﴾
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ ﴿63﴾
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ ﴿64﴾
لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ ﴿65﴾
إِنَّا لَمُغْرَمُونَ ﴿66﴾
بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿67﴾
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ ﴿68﴾
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ ﴿69﴾
لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ ﴿70﴾
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ﴿71﴾
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ﴿72﴾
نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ ﴿73﴾
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿74﴾
فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ﴿75﴾
وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ ﴿76﴾
Əlixan Musayev
56:51 Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
56:52 Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
56:53 qarınlarınızı onunla dolduracaqsınız,
56:54 üstündən də qaynar su içəcəksiniz.
56:55 Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56:56 Bu onların Haqq-hesab günündəki ziyafətidir.
56:57 Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
56:58 Axıtdığınız nütfəni gördünüzmü?
56:59 Onu siz yaradırsınız, yoxsa Biz?
56:60 Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
56:61 Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
56:62 Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
56:63 Əkdiyinizi gördünüzmü?
56:64 Onu siz bitirirsiniz, yoxsa Biz?
56:65 Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
56:66 və deyərdiniz: “Biz ziyana uğradıq.
56:67 Daha doğrusu nemətlərdən məhrum olduq!”
56:68 İçdiyiniz suyu gördünüzmü?
56:69 Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
56:70 Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
56:71 Yandırdığınız odu gördünüzmü?
56:72 Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
56:73 Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
56:74 Elə isə Ulu Rəbbinin adına təriflər de!
56:75 Ulduzların batdığı yerlərə and olsun!
56:76 Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.