يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ ﴿17﴾
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ ﴿18﴾
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ ﴿19﴾
وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ ﴿20﴾
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ ﴿21﴾
وَحُورٌ عِينٌ ﴿22﴾
كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ ﴿23﴾
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿24﴾
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا ﴿25﴾
إِلَّا قِيلًا سَلَـٰمًا سَلَـٰمًا ﴿26﴾
وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ ﴿27﴾
فِى سِدْرٍ مَّخْضُودٍ ﴿28﴾
وَطَلْحٍ مَّنضُودٍ ﴿29﴾
وَظِلٍّ مَّمْدُودٍ ﴿30﴾
وَمَآءٍ مَّسْكُوبٍ ﴿31﴾
وَفَـٰكِهَةٍ كَثِيرَةٍ ﴿32﴾
لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ ﴿33﴾
وَفُرُشٍ مَّرْفُوعَةٍ ﴿34﴾
إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً ﴿35﴾
فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا ﴿36﴾
عُرُبًا أَتْرَابًا ﴿37﴾
لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿38﴾
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ ﴿39﴾
وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ ﴿40﴾
وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ ﴿41﴾
فِى سَمُومٍ وَحَمِيمٍ ﴿42﴾
وَظِلٍّ مِّن يَحْمُومٍ ﴿43﴾
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ ﴿44﴾
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ﴿45﴾
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ ﴿46﴾
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿47﴾
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿48﴾
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ ﴿49﴾
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ ﴿50﴾
Əlixan Musayev
56:17 Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
56:18 çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
56:19 ondan başları ağrımaz və məst olmazlar,
56:20 bəyənib seçdikləri meyvələr
56:21 və istədikləri quş əti ilə hərlənəcəklər.
56:22 Onları iri qaragözlü hurilər gözləyir –
56:23 sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
56:24 Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
56:25 Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
56:26 Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.
56:27 Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
56:28 Onlar tikansız sidr ağacları arasında,
56:29 meyvələri salxım-salxım asılmış banan ağacları altında,
56:30 uzanmış kölgəliklərdə,
56:31 daim axan sular kənarında,
56:32 çoxlu meyvələr,
56:33 tükənməz və qadağan edilməyən meyvələr içində
56:34 və hündür döşəklər üstündə olacaqlar.
56:35 Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
56:36 Onları bakirə qızlar edəcəyik –
56:37 ərlərini sevən, həmyaşıdlar.
56:38 Bunlar sağ tərəf sahibləri üçündür.
56:39 Onların çoxu əvvəlki nəsillərdən,
56:40 bir qismi də axırıncılardandır.
56:41 Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
56:42 Onlar qızmar yel və qaynar su içində,
56:43 qapqara duman kölgəsində olacaqlar.
56:44 Bu duman nə sərin, nə də xoşagələndir.
56:45 Onlar bundan əvvəl cah-calal içində idilər,
56:46 böyük günah işlətməkdə israr edirdilər
56:47 və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
56:48 Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
56:49 De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
56:50 bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.