Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌ كَلَمْحٍۭ بِٱلْبَصَرِ ﴿50﴾

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ ﴿51﴾

وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ ﴿52﴾

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ ﴿53﴾

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَهَرٍ ﴿54﴾

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ ﴿55﴾

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱلرَّحْمَـٰنُ ﴿1﴾

عَلَّمَ ٱلْقُرْءَانَ ﴿2﴾

خَلَقَ ٱلْإِنسَـٰنَ ﴿3﴾

عَلَّمَهُ ٱلْبَيَانَ ﴿4﴾

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ ﴿5﴾

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ ﴿6﴾

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ ﴿7﴾

أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ ﴿8﴾

وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ ﴿9﴾

وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ﴿10﴾

فِيهَا فَـٰكِهَةٌ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ ﴿11﴾

وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ ﴿12﴾

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿13﴾

خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ كَٱلْفَخَّارِ ﴿14﴾

وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ ﴿15﴾

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿16﴾

رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ ﴿17﴾

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿18﴾

Əlixan Musayev

54:50 Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.

54:51 Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

54:52 Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

54:53 Hər bir kiçik və böyük əməl yazılmışdır.

54:54 Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,

54:55 qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!

55:1 Mərhəmətli Allah

55:2 Quranı öyrətdi.

55:3 İnsanı yaratdı,

55:4 ona danışmağı öyrətdi.

55:5 Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

55:6 Otlar da, ağaclar da səcdə edir.

55:7 Allah göyü ucaltdı və tərəzini qoydu ki,

55:8 çəkidə həddi aşmayasınız.

55:9 Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

55:10 O, yeri məxluqat üçün döşədi.

55:11 Orada meyvələr və salxımlı xurma ağacları vardır.

55:12 Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.

55:13 Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

55:14 O, insanı saxsı kimi quru gildən yaratdı,

55:15 cinləri də təmiz oddan yaratdı.

55:16 Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

55:17 Allah iki məşriqin və iki məğribin Rəbbidir.

55:18 Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?