Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ ﴿45﴾

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ﴿46﴾

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ ﴿47﴾

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ﴿48﴾

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ﴿49﴾

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ ﴿50﴾

وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ ﴿51﴾

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ﴿52﴾

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ ﴿53﴾

فَغَشَّىٰهَا مَا غَشَّىٰ ﴿54﴾

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ﴿55﴾

هَـٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ ﴿56﴾

أَزِفَتِ ٱلْـَٔازِفَةُ ﴿57﴾

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ﴿58﴾

أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ ﴿59﴾

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ﴿60﴾

وَأَنتُمْ سَـٰمِدُونَ ﴿61﴾

فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩ ﴿62﴾

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ﴿1﴾

وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ ﴿2﴾

وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ ﴿3﴾

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ ﴿4﴾

حِكْمَةٌۢ بَـٰلِغَةٌ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ ﴿5﴾

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ ﴿6﴾

Əlixan Musayev

53:45 O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –

53:46 axıdılan bir nütfədən.

53:47 Təkrar diriltmək də Ona aiddir.

53:48 Dövlətli edən də, kasıb edən də Odur.

53:49 Şiranın da Rəbbi Odur.

53:50 O, əvvəlki Ad tayfasını məhv etdi.

53:51 Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.

53:52 Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.

53:53 Alt-üst olmuş kəndləri də O viran qoydu.

53:54 Onların başına gətirdiyini gətirdi.

53:55 Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

53:56 Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır.

53:57 Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

53:58 Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

53:59 Siz bu Sözə təəccüblənirsiniz,

53:60 gülürsünüz, heç ağlamırsınız,

53:61 və oynayıb əylənirsiniz?

53:62 Siz Allaha səcdə qılın və Ona ibadət edin!

54:1 O Saat yaxınlaşdı və ay bölündü.

54:2 Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.

54:3 Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

54:4 Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

54:5 Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!

54:6 Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün