كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ﴿52﴾
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ ﴿53﴾
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ ﴿54﴾
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ﴿55﴾
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ﴿56﴾
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ﴿57﴾
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ﴿58﴾
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿59﴾
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ﴿60﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلطُّورِ ﴿1﴾
وَكِتَـٰبٍ مَّسْطُورٍ ﴿2﴾
فِى رَقٍّ مَّنشُورٍ ﴿3﴾
وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ ﴿4﴾
وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ ﴿5﴾
وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ ﴿6﴾
إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ ﴿7﴾
مَّا لَهُۥ مِن دَافِعٍ ﴿8﴾
يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا ﴿9﴾
وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا ﴿10﴾
فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿11﴾
ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ ﴿12﴾
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ﴿13﴾
هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿14﴾
Əlixan Musayev
51:52 Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
51:53 Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
51:54 Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
51:55 Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
51:56 Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
51:57 Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
51:58 Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
51:59 Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
51:60 Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
52:1 And olsun dağa!
52:2 And olsun yazılmış Kitaba –
52:3 nazik dəri üzərində olan Kitaba!
52:4 And olsun Beytulməmura!
52:5 And olsun yüksək tavana!
52:6 And olsun alovlanan dənizə!
52:7 Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
52:8 Heç nə onun qarşısını ala bilməz.
52:9 O gün göy şiddətlə sarsılacaq,
52:10 dağlar da hərəkətə gələcəkdir.
52:11 O gün vay halına haqqı yalan sayanların!
52:12 O kəslər ki, yalan bataqlığında əylənirlər.
52:13 O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
52:14 Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!