Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَـٰتُهُمْ أَجْمَعِينَ ﴿40﴾

يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ ﴿41﴾

إِلَّا مَن رَّحِمَ ٱللَّهُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿42﴾

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ﴿43﴾

طَعَامُ ٱلْأَثِيمِ ﴿44﴾

كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ ﴿45﴾

كَغَلْىِ ٱلْحَمِيمِ ﴿46﴾

خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ ﴿47﴾

ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ ﴿48﴾

ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ ﴿49﴾

إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ ﴿50﴾

إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ ﴿51﴾

فِى جَنَّـٰتٍ وَعُيُونٍ ﴿52﴾

يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَـٰبِلِينَ ﴿53﴾

كَذَٰلِكَ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ ﴿54﴾

يَدْعُونَ فِيهَا بِكُلِّ فَـٰكِهَةٍ ءَامِنِينَ ﴿55﴾

لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ ۖ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿56﴾

فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿57﴾

فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿58﴾

فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ ﴿59﴾

Əlixan Musayev

44:40 Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

44:41 O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.

44:42 Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

44:43 Həqiqətən, zəqqum ağacı

44:44 günahkar adamın yeməyidir.

44:45 Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

44:46 qaynar su qaynayan kimi.

44:47 Onu tutub Cəhənnəmin ortasına sürüyün!

44:48 Sonra əzab vermək üçün başına qaynar su tökün!

44:49 Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

44:50 Sizin şübhə etdiyiniz əzab budur!

44:51 Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

44:52 bağçalarda və çeşmələr başında olacaqlar!

44:53 Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

44:54 Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

44:55 Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

44:56 Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –

44:57 sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.

44:58 Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.

44:59 Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.