وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَـٰنٍ مُّبِينٍ ﴿19﴾
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ ﴿20﴾
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ ﴿21﴾
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ ﴿22﴾
فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ ﴿23﴾
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ ﴿24﴾
كَمْ تَرَكُوا۟ مِن جَنَّـٰتٍ وَعُيُونٍ ﴿25﴾
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ ﴿26﴾
وَنَعْمَةٍ كَانُوا۟ فِيهَا فَـٰكِهِينَ ﴿27﴾
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَـٰهَا قَوْمًا ءَاخَرِينَ ﴿28﴾
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ ﴿29﴾
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ ﴿30﴾
مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ ﴿31﴾
وَلَقَدِ ٱخْتَرْنَـٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَـٰلَمِينَ ﴿32﴾
وَءَاتَيْنَـٰهُم مِّنَ ٱلْـَٔايَـٰتِ مَا فِيهِ بَلَـٰٓؤٌا۟ مُّبِينٌ ﴿33﴾
إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ ﴿34﴾
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ ﴿35﴾
فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿36﴾
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَـٰهُمْ ۖ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ﴿37﴾
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ ﴿38﴾
مَا خَلَقْنَـٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿39﴾
Əlixan Musayev
44:19 Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
44:20 Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
44:21 Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
44:22 Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
44:23 Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
44:24 Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
44:25 Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
44:26 Habelə əkinlər, möhtəşəm yerlər
44:27 və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
44:28 Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
44:29 Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
44:30 Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
44:31 Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
44:32 Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
44:33 Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
44:34 Bunlar mütləq deyəcəklər:
44:35 “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
44:36 Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
44:37 Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
44:38 Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
44:39 Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.