وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ﴿52﴾
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ ﴿53﴾
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ حمٓ ﴿1﴾
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿2﴾
إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ ﴿3﴾
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ﴿4﴾
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ ﴿5﴾
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ ﴿6﴾
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿7﴾
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ﴿8﴾
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ﴿9﴾
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ ﴿10﴾
Əlixan Musayev
42:52 Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən –
42:53 göylərdə və yerdəkilərin sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır.
43:1 Ha. Mim.
43:2 Bu aydın Kitaba and olsun!
43:3 Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
43:4 Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
43:5 Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?
43:6 Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik.
43:7 Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
43:8 Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.
43:9 Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!”– deyəcəklər.
43:10 O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz.