وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَـٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّ مِّمَّا جَآءَكُم بِهِۦ ۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ ﴿34﴾
ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَىٰهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ ﴿35﴾
وَقَالَ فِرْعَوْنُ يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَـٰبَ ﴿36﴾
أَسْبَـٰبَ ٱلسَّمَـٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَـٰذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍ ﴿37﴾
وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ ﴿38﴾
يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْـَٔاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ ﴿39﴾
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ ﴿40﴾
Əlixan Musayev
40:34 Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar.
40:35 Özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir təkəbbürlü zülmkarın qəlbini belə möhürləyir.
40:36 Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara çatım –
40:37 göylərin yollarına çatım və Musanın məbudunu görüm. Həqiqətən, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu.
40:38 O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım.
40:39 Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur.
40:40 Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.