مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿154﴾
أَفَلَا تَذَكَّرُونَ ﴿155﴾
أَمْ لَكُمْ سُلْطَـٰنٌ مُّبِينٌ ﴿156﴾
فَأْتُوا۟ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿157﴾
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ﴿158﴾
سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿159﴾
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿160﴾
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ﴿161﴾
مَآ أَنتُمْ عَلَيْهِ بِفَـٰتِنِينَ ﴿162﴾
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ ﴿163﴾
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ ﴿164﴾
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ ﴿165﴾
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ ﴿166﴾
وَإِن كَانُوا۟ لَيَقُولُونَ ﴿167﴾
لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ ٱلْأَوَّلِينَ ﴿168﴾
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿169﴾
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿170﴾
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ ﴿171﴾
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ ﴿172﴾
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَـٰلِبُونَ ﴿173﴾
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ﴿174﴾
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ﴿175﴾
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿176﴾
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ ﴿177﴾
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ ﴿178﴾
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ﴿179﴾
سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿180﴾
وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ ﴿181﴾
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿182﴾
Əlixan Musayev
37:154 Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
37:155 Məgər düşünüb ibrət almayacaqsınız?
37:156 Yoxsa sizin aydın bir dəliliniz vardır?
37:157 Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
37:158 Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
37:159 Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
37:160 Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
37:161 Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
37:162 heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;
37:163 ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
37:164 Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
37:165 Həqiqətən, biz səf-səf dururuq.
37:166 Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
37:167 Müşriklər deyirdilər:
37:168 “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
37:169 biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
37:170 Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
37:171 Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
37:172 “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
37:173 Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
37:174 Sən bir müddət onlardan üz çevir!
37:175 Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
37:176 Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
37:177 Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
37:178 Sən bir müddət onlardan üz çevir!
37:179 Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
37:180 Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
37:181 Elçilərə salam olsun!
37:182 Aləmlərin Rəbbi olan Allaha həmd olsun!