فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ﴿103﴾
وَنَـٰدَيْنَـٰهُ أَن يَـٰٓإِبْرَٰهِيمُ ﴿104﴾
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿105﴾
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْبَلَـٰٓؤُا۟ ٱلْمُبِينُ ﴿106﴾
وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍ ﴿107﴾
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿108﴾
سَلَـٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿109﴾
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿110﴾
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿111﴾
وَبَشَّرْنَـٰهُ بِإِسْحَـٰقَ نَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿112﴾
وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ ﴿113﴾
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿114﴾
وَنَجَّيْنَـٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿115﴾
وَنَصَرْنَـٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ ﴿116﴾
وَءَاتَيْنَـٰهُمَا ٱلْكِتَـٰبَ ٱلْمُسْتَبِينَ ﴿117﴾
وَهَدَيْنَـٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿118﴾
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ ﴿119﴾
سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿120﴾
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿121﴾
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿122﴾
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ﴿123﴾
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ﴿124﴾
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَـٰلِقِينَ ﴿125﴾
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿126﴾
Əlixan Musayev
37:103 Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
37:104 Biz onu çağırıb dedik: “Ey İbrahim!
37:105 Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
37:106 Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
37:107 Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
37:108 Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
37:109 İbrahimə salam olsun!
37:110 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
37:111 Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
37:112 Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
37:113 Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
37:114 Biz Musa ilə Haruna da nemət bəxş etdik.
37:115 Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
37:116 Onlara kömək göstərdik və qalib gəldilər.
37:117 Hər ikisinə aydın bir Kitab verdik.
37:118 Hər ikisini də doğru yola yönəltdik.
37:119 Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
37:120 Musaya və Haruna salam olsun!
37:121 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
37:122 Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
37:123 Şübhəsiz ki, İlyas da elçilərdəndir.
37:124 Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
37:125 Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
37:126 həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”