Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ ﴿77﴾

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ ﴿78﴾

سَلَـٰمٌ عَلَىٰ نُوحٍ فِى ٱلْعَـٰلَمِينَ ﴿79﴾

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿80﴾

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ﴿81﴾

ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿82﴾

وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ﴿83﴾

إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ ﴿84﴾

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ﴿85﴾

أَئِفْكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ ﴿86﴾

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿87﴾

فَنَظَرَ نَظْرَةً فِى ٱلنُّجُومِ ﴿88﴾

فَقَالَ إِنِّى سَقِيمٌ ﴿89﴾

فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ﴿90﴾

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ﴿91﴾

مَا لَكُمْ لَا تَنطِقُونَ ﴿92﴾

فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ ﴿93﴾

فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ﴿94﴾

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ﴿95﴾

وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ﴿96﴾

قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ﴿97﴾

فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ ﴿98﴾

وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ﴿99﴾

رَبِّ هَبْ لِى مِنَ ٱلصَّـٰلِحِينَ ﴿100﴾

فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍ ﴿101﴾

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ ﴿102﴾

Əlixan Musayev

37:77 Təkcə onun nəslini qoruyub saxladıq.

37:78 Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;

37:79 aləmlər içərisində Nuha salam olsun!

37:80 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

37:81 Həqiqətən, o Bizim mömin qullarımızdandır.

37:82 Sonra o birilərini suya qərq etdik.

37:83 Həqiqətən, İbrahim onun ardıcıllarından idi.

37:84 Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.

37:85 Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?

37:86 Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?

37:87 Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”

37:88 O, ulduzlara bir nəzər salaraq

37:89 “Mən xəstəyəm!”– dedi.

37:90 Onlar ondan üz çevirib çıxıb getdilər.

37:91 O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?

37:92 Sizə nə olub ki, danışmırsınız?”

37:93 Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

37:94 Bütpərəstlər tələsik onun yanına gəldilər.

37:95 O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?

37:96 Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

37:97 Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”

37:98 Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

37:99 O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.

37:100 O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”

37:101 Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.

37:102 O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.