Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ ﴿52﴾

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِينُونَ ﴿53﴾

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ﴿54﴾

فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ ﴿55﴾

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ﴿56﴾

وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ ﴿57﴾

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ﴿58﴾

إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿59﴾

إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿60﴾

لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ ٱلْعَـٰمِلُونَ ﴿61﴾

أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿62﴾

إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةً لِّلظَّـٰلِمِينَ ﴿63﴾

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ ﴿64﴾

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ ﴿65﴾

فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿66﴾

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ ﴿67﴾

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ ﴿68﴾

إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ﴿69﴾

فَهُمْ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ يُهْرَعُونَ ﴿70﴾

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ ﴿71﴾

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ﴿72﴾

فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ ﴿73﴾

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿74﴾

وَلَقَدْ نَادَىٰنَا نُوحٌ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ ﴿75﴾

وَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿76﴾

Əlixan Musayev

37:52 O deyirdi: “Sən də inananlardansan?

37:53 Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”

37:54 O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”

37:55 O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək

37:56 və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.

37:57 Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.

37:58 Doğrudanmı biz bir daha ölməyəcəyik –

37:59 ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”

37:60 Həqiqətən, bu, böyük uğurdur.

37:61 Qoy çalışanlar bunun üçün çalışsınlar!

37:62 Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?

37:63 Biz onu zalımlar üçün bir sınaq etdik.

37:64 O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.

37:65 Onun meyvəsi şeytanların başları kimidir.

37:66 Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.

37:67 Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.

37:68 Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.

37:69 Həqiqətən, onlar ata-babalarını azmış gördülər,

37:70 özləri də tez-tələsik onların izini tutub getdilər.

37:71 Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.

37:72 Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.

37:73 Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.

37:74 Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

37:75 Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!

37:76 Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.