Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

مَا لَكُمْ لَا تَنَاصَرُونَ ﴿25﴾

بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ ﴿26﴾

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ ﴿27﴾

قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ ﴿28﴾

قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ﴿29﴾

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَـٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَـٰغِينَ ﴿30﴾

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ﴿31﴾

فَأَغْوَيْنَـٰكُمْ إِنَّا كُنَّا غَـٰوِينَ ﴿32﴾

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ﴿33﴾

إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿34﴾

إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ ﴿35﴾

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍۭ ﴿36﴾

بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ ﴿37﴾

إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ ﴿38﴾

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿39﴾

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ﴿40﴾

أُو۟لَـٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ ﴿41﴾

فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ﴿42﴾

فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿43﴾

عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ ﴿44﴾

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍۭ ﴿45﴾

بَيْضَآءَ لَذَّةٍ لِّلشَّـٰرِبِينَ ﴿46﴾

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ﴿47﴾

وَعِندَهُمْ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌ ﴿48﴾

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ ﴿49﴾

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ ﴿50﴾

قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ ﴿51﴾

Əlixan Musayev

37:25 Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”

37:26 Bəli, onlar bu gün baş əyəcəklər!

37:27 Onlar bir-birinə üz tutub soruşacaqlar.

37:28 Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.

37:29 Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.

37:30 Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.

37:31 Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.

37:32 Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.

37:33 Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.

37:34 Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.

37:35 Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir

37:36 və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”

37:37 Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.

37:38 Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.

37:39 Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

37:40 Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.

37:41 Məhz onlar üçün müəyyən bir ruzi vardır –

37:42 Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –

37:43 Nəim bağlarında.

37:44 Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.

37:45 Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.

37:46 Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.

37:47 O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.

37:48 Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.

37:49 Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.

37:50 Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.

37:51 Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.