Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّا ﴿1﴾

فَٱلزَّٰجِرَٰتِ زَجْرًا ﴿2﴾

فَٱلتَّـٰلِيَـٰتِ ذِكْرًا ﴿3﴾

إِنَّ إِلَـٰهَكُمْ لَوَٰحِدٌ ﴿4﴾

رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَـٰرِقِ ﴿5﴾

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ ﴿6﴾

وَحِفْظًا مِّن كُلِّ شَيْطَـٰنٍ مَّارِدٍ ﴿7﴾

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ ﴿8﴾

دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ ﴿9﴾

إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ ﴿10﴾

فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَـٰهُم مِّن طِينٍ لَّازِبٍۭ ﴿11﴾

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ﴿12﴾

وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ﴿13﴾

وَإِذَا رَأَوْا۟ ءَايَةً يَسْتَسْخِرُونَ ﴿14﴾

وَقَالُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ ﴿15﴾

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿16﴾

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿17﴾

قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ﴿18﴾

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ ﴿19﴾

وَقَالُوا۟ يَـٰوَيْلَنَا هَـٰذَا يَوْمُ ٱلدِّينِ ﴿20﴾

هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿21﴾

ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ﴿22﴾

مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ ﴿23﴾

وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ﴿24﴾

Əlixan Musayev

37:1 And olsun göylərdə və yerdə səf-səf duranlara,

37:2 imansızları qətiyyətlə qovanlara

37:3 və Zikri oxuyanlara!

37:4 Həqiqətən, sizin məbudunuz Təkdir!

37:5 O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

37:6 Biz dünya səmasını parlaq ulduzlarla bəzədik

37:7 və onu hər bir asi şeytandan mühafizə etdik.

37:8 Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar

37:9 və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.

37:10 Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.

37:11 Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.

37:12 Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

37:13 Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

37:14 Bir möcüzə gördükdə isə ona istehza edir

37:15 və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.

37:16 Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?

37:17 Ya da atalarımızmı dirildiləcəklər?”

37:18 De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.

37:19 Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.

37:20 Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”

37:21 Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”

37:22 Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –

37:23 Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.

37:24 Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.