كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ ﴿160﴾
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿161﴾
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ﴿162﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿163﴾
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿164﴾
أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَـٰلَمِينَ ﴿165﴾
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ ﴿166﴾
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ ﴿167﴾
قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ ﴿168﴾
رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ ﴿169﴾
فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿170﴾
إِلَّا عَجُوزًا فِى ٱلْغَـٰبِرِينَ ﴿171﴾
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ ﴿172﴾
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ﴿173﴾
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿174﴾
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿175﴾
كَذَّبَ أَصْحَـٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ ﴿176﴾
إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ ﴿177﴾
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ﴿178﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿179﴾
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿180﴾
أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ ﴿181﴾
وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ﴿182﴾
وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿183﴾
Əlixan Musayev
26:160 Lut tayfası da elçiləri yalançı saydı.
26:161 O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
26:162 Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
26:163 Allahdan qorxun və mənə itaət edin!
26:164 Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
26:165 Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
26:166 və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
26:167 Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
26:168 O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
26:169 Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
26:170 Biz onu və onun bütün ailəsini xilas etdik.
26:171 Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
26:172 Sonra da o birilərini darmadağın etdik.
26:173 Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
26:174 Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
26:175 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
26:176 Əykə əhli də elçiləri yalançı saydı.
26:177 O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
26:178 Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
26:179 Allahdan qorxun və mənə itaət edin!
26:180 Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
26:181 Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
26:182 Düz tərəzi ilə çəkin.
26:183 İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.