Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

إِنْ هَـٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ ﴿137﴾

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿138﴾

فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿139﴾

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿140﴾

كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ ﴿141﴾

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿142﴾

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ﴿143﴾

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿144﴾

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿145﴾

أَتُتْرَكُونَ فِى مَا هَـٰهُنَآ ءَامِنِينَ ﴿146﴾

فِى جَنَّـٰتٍ وَعُيُونٍ ﴿147﴾

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ ﴿148﴾

وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا فَـٰرِهِينَ ﴿149﴾

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿150﴾

وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ ﴿151﴾

ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ﴿152﴾

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿153﴾

مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿154﴾

قَالَ هَـٰذِهِۦ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ ﴿155﴾

وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ ﴿156﴾

فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَـٰدِمِينَ ﴿157﴾

فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿158﴾

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿159﴾

Əlixan Musayev

26:137 Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.

26:138 Biz əzaba düçar olan da deyilik”.

26:139 Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

26:140 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

26:141 Səmud tayfası da elçiləri yalançı saydı.

26:142 O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

26:143 Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

26:144 Allahdan qorxun və mənə itaət edin.

26:145 Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

26:146 Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

26:147 Bağlar və bulaqlar içində,

26:148 əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?

26:149 Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

26:150 Allahdan qorxun və mənə itaət edin!

26:151 Həddi aşanların əmrinə tabe olmayın.

26:152 Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.

26:153 Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

26:154 Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.

26:155 Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).

26:156 Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.

26:157 Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.

26:158 Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

26:159 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.