قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿112﴾
إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ ﴿113﴾
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ ﴿114﴾
إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ ﴿115﴾
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ ﴿116﴾
قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ ﴿117﴾
فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿118﴾
فَأَنجَيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿119﴾
ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ ﴿120﴾
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿121﴾
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿122﴾
كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ ﴿123﴾
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ ﴿124﴾
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ﴿125﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿126﴾
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿127﴾
أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعْبَثُونَ ﴿128﴾
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ ﴿129﴾
وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ ﴿130﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿131﴾
وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ ﴿132﴾
أَمَدَّكُم بِأَنْعَـٰمٍ وَبَنِينَ ﴿133﴾
وَجَنَّـٰتٍ وَعُيُونٍ ﴿134﴾
إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿135﴾
قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ ﴿136﴾
Əlixan Musayev
26:112 Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!
26:113 Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
26:114 Mən iman gətirənləri qovan deyiləm.
26:115 Mən yalnız açıq-aşkar bir qorxudanam”.
26:116 Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
26:117 Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
26:118 Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
26:119 Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
26:120 Yerdə qalanları isə suya qərq etdik.
26:121 Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
26:122 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
26:123 Ad tayfası da elçiləri yalançı saydı.
26:124 O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
26:125 Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
26:126 Allahdan qorxun və mənə itaət edin!
26:127 Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
26:128 Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
26:129 Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
26:130 Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
26:131 Allahdan qorxun və mənə itaət edin!
26:132 Bildiyiniz nemətləri sizə verəndən qorxun.
26:133 O sizə heyvanat və oğul-uşaq verdi,
26:134 üstəlik bağlar və çeşmələr də əta etdi.
26:135 Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
26:136 Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.