وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍ فِى ٱلْـَٔاخِرِينَ ﴿84﴾
وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ﴿85﴾
وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ﴿86﴾
وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ ﴿87﴾
يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ ﴿88﴾
إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ ﴿89﴾
وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ ﴿90﴾
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ ﴿91﴾
وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ ﴿92﴾
مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ ﴿93﴾
فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ ﴿94﴾
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ ﴿95﴾
قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ ﴿96﴾
تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَـٰلٍ مُّبِينٍ ﴿97﴾
إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿98﴾
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ ﴿99﴾
فَمَا لَنَا مِن شَـٰفِعِينَ ﴿100﴾
وَلَا صَدِيقٍ حَمِيمٍ ﴿101﴾
فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿102﴾
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿103﴾
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿104﴾
كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ ﴿105﴾
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿106﴾
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ ﴿107﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿108﴾
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿109﴾
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿110﴾
قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ ﴿111﴾
Əlixan Musayev
26:84 Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!
26:85 Məni Nəim bağının varislərindən et!
26:86 Atamı bağışla! Çünki o, azanlardandır.
26:87 Onların dirildiləcəyi gün məni rüsvay etmə!
26:88 O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
26:89 Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
26:90 Cənnət müttəqilərə yaxınlaşdırılar.
26:91 Cəhənnəm də azğınlara göstərilər.
26:92 Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
26:93 Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
26:94 Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
26:95 İblisin bütün əsgərləri də habelə.
26:96 Onlar orada höcətləşərək deyərlər:
26:97 “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
26:98 o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
26:99 Bizi ancaq günahkarlar azdırdı.
26:100 İndi isə bizim nə şəfaətçilərimiz,
26:101 nə də bizə canıyanan bir dostumuz var!
26:102 Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
26:103 Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
26:104 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
26:105 Nuh tayfası da elçiləri yalançı saydı.
26:106 O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
26:107 Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
26:108 Allahdan qorxun və mənə itaət edin.
26:109 Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
26:110 Allahdan qorxun və mənə itaət edin!”
26:111 Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”