Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَـٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ﴿61﴾

قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ﴿62﴾

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ﴿63﴾

وَأَزْلَفْنَا ثَمَّ ٱلْـَٔاخَرِينَ ﴿64﴾

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ ﴿65﴾

ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿66﴾

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿67﴾

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿68﴾

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ﴿69﴾

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ ﴿70﴾

قَالُوا۟ نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَـٰكِفِينَ ﴿71﴾

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ ﴿72﴾

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ ﴿73﴾

قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ﴿74﴾

قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ ﴿75﴾

أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ ﴿76﴾

فَإِنَّهُمْ عَدُوٌّ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿77﴾

ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ ﴿78﴾

وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ ﴿79﴾

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ ﴿80﴾

وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ ﴿81﴾

وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ ﴿82﴾

رَبِّ هَبْ لِى حُكْمًا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ ﴿83﴾

Əlixan Musayev

26:61 İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.

26:62 Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

26:63 Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.

26:64 O birilərini də ora yaxınlaşdırdıq.

26:65 Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

26:66 O birilərini isə suya qərq etdik.

26:67 Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

26:68 Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

26:69 Onlara İbrahimin əhvalatını da oxu.

26:70 Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.

26:71 Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.

26:72 O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?

26:73 Yaxud sizə xeyir və ya zərər verirlərmi?”

26:74 Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.

26:75 O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –

26:76 həm siz, həm də ulu babalarınız?

26:77 Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.

26:78 O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;

26:79 O Rəbb ki, məni yedirdir və içirdir;

26:80 O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;

26:81 O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;

26:82 O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.

26:83 Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!