Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ ﴿13﴾

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ ﴿14﴾

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ ﴿15﴾

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ﴿16﴾

وَمَا تِلْكَ بِيَمِينِكَ يَـٰمُوسَىٰ ﴿17﴾

قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ ﴿18﴾

قَالَ أَلْقِهَا يَـٰمُوسَىٰ ﴿19﴾

فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌ تَسْعَىٰ ﴿20﴾

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ ﴿21﴾

وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ ﴿22﴾

لِنُرِيَكَ مِنْ ءَايَـٰتِنَا ٱلْكُبْرَى ﴿23﴾

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿24﴾

قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى ﴿25﴾

وَيَسِّرْ لِىٓ أَمْرِى ﴿26﴾

وَٱحْلُلْ عُقْدَةً مِّن لِّسَانِى ﴿27﴾

يَفْقَهُوا۟ قَوْلِى ﴿28﴾

وَٱجْعَل لِّى وَزِيرًا مِّنْ أَهْلِى ﴿29﴾

هَـٰرُونَ أَخِى ﴿30﴾

ٱشْدُدْ بِهِۦٓ أَزْرِى ﴿31﴾

وَأَشْرِكْهُ فِىٓ أَمْرِى ﴿32﴾

كَىْ نُسَبِّحَكَ كَثِيرًا ﴿33﴾

وَنَذْكُرَكَ كَثِيرًا ﴿34﴾

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا ﴿35﴾

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَـٰمُوسَىٰ ﴿36﴾

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ ﴿37﴾

Əlixan Musayev

20:13 Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!

20:14 Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

20:15 Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.

20:16 Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!

20:17 Sağ əlindəki nədir, ey Musa?”

20:18 Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.

20:19 Allah buyurdu: “At onu yerə, ey Musa!”

20:20 Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.

20:21 Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.

20:22 Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.

20:23 Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.

20:24 Fironun yanına get! Çünki o, həddini aşmışdır”.

20:25 Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

20:26 İşimi yüngülləşdir!

20:27 Dilimdəki düyünü aç ki,

20:28 sözümü anlasınlar!

20:29 Mənə öz ailəmdən bir köməkçi ver –

20:30 Qardaşım Harunu!

20:31 Onun sayəsində mənim gücümü artır!

20:32 Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

20:33 Sənə çoxlu təriflər deyək

20:34 və Səni çox zikr edək.

20:35 Şübhəsiz ki, Sən bizi görürsən!”

20:36 Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa!

20:37 Sənə bir dəfə də mərhəmət göstərmişdik.