Mushafuk
‹Mushafuk

سورة الفاتحة

1

حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ قَدْ جِئْتُكُم بِبَيِّنَةٍ مِّن رَّبِّكُمْ فَأَرْسِلْ مَعِىَ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿105﴾

قَالَ إِن كُنتَ جِئْتَ بِـَٔايَةٍ فَأْتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿106﴾

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ ﴿107﴾

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّـٰظِرِينَ ﴿108﴾

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِيمٌ ﴿109﴾

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ ﴿110﴾

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ ﴿111﴾

يَأْتُوكَ بِكُلِّ سَـٰحِرٍ عَلِيمٍ ﴿112﴾

وَجَآءَ ٱلسَّحَرَةُ فِرْعَوْنَ قَالُوٓا۟ إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ ﴿113﴾

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ ٱلْمُقَرَّبِينَ ﴿114﴾

قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ نَحْنُ ٱلْمُلْقِينَ ﴿115﴾

قَالَ أَلْقُوا۟ ۖ فَلَمَّآ أَلْقَوْا۟ سَحَرُوٓا۟ أَعْيُنَ ٱلنَّاسِ وَٱسْتَرْهَبُوهُمْ وَجَآءُو بِسِحْرٍ عَظِيمٍ ﴿116﴾

وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ ﴿117﴾

فَوَقَعَ ٱلْحَقُّ وَبَطَلَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿118﴾

فَغُلِبُوا۟ هُنَالِكَ وَٱنقَلَبُوا۟ صَـٰغِرِينَ ﴿119﴾

وَأُلْقِىَ ٱلسَّحَرَةُ سَـٰجِدِينَ ﴿120﴾

Əlixan Musayev

7:105 Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər”.

7:106 Firon dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!”

7:107 Musa əsasını yerə atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.

7:108 Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu.

7:109 Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, bilikli bir sehrbazdır.

7:110 O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”

7:111 Onlar dedilər: “Onu və qardaşını gözlət və şəhərlərə sehrbazları toplayan adamlar göndər ki,

7:112 bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər”.

7:113 Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?”

7:114 Firon dedi: “Bəli, siz mənə yaxın adamlardan olacaqsınız”.

7:115 Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əsanı birinci at, ya da biz əlimizdəkiləri ataq!”

7:116 Musa dedi: “Siz əvvəl atın!” Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.

7:117 Biz Musaya: “Əsanı yerə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu.

7:118 Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.

7:119 Sehrbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər.

7:120 Sehrbazlar səcdəyə qapandılar.